Neftin və dolların bu günə qiyməti

Neftin və dolların bu günə qiyməti
06:01 15 Yanvar 2016
167 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında neftin qiymətində stabillik müşahidə olunur.

ANS PRESS-in məlumatına görə, dünən 30.19 dollar olan “Brent” markalı neftin qiyməti bir neçə sent bahalaşaraq 30.75 dollar olub.

“Texas” markalı neftin qiymətində də stabillik müşahidə olunur. Belə ki, ötən gün səhər 30.85 dollar olan “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti müxtəlif dalğalanmalardan sonra 30.88 dollarda qərarlaşıb.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neft isə 0.37 dollar ucuzlaşıb. Bir barelin qiyməti 31,55 dollar təşkil edib.

Qızılın qiymətində cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qiymətli metalın 1 qramı 34,65 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.44 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Yanvarın 14-nə AMB-nin USD/AZN rəsmi məzənnəsi 1,5706 səviyyəsində olub. Avronun məzənnəsində də cüzi bahalaşma qeydə alınıb. Avro 1.7106 manat, Rusiya rublu isə cüzi bahalaşma ilə 0.0204 manata yüksəli.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın 15.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi stabil qalaraq 1,5706 səviyyəsində müəyyən olunub.


Mənbə: Azərbaycan Mərkəzi Bankı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR