Rusiya neft ixracını artıracaq

Rusiya neft ixracını artıracaq
08:19 15 Yanvar 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Energetika Nazirliyi cari ildə ölkənin neft ixracı həcminin azalacağını gözləmir.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

 

“Neft ixracında bu il azalma planlaşdırılmır”, deyə Novak qeyd edib.  

 

Rusiyalı nazir neft ixracı həcminin hətta cüzi artırılacağını istisna etməyib. “Ötən il neft emalı zavodlarında emalın həcmi azalıb və bu səbəbdən artıq qalan ixraca yönəldilib. Bu tendensiya 2016-cı ildə də davam edəcək, neft ixracı həcminin bir neçə milyon ton artacağı gözlənilir”, deyə o əlavə edib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR