Keçən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi 422 vətəndaşı qəbul edib

Keçən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi 422 vətəndaşı qəbul edib
10:47 15 Yanvar 2016
16 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Keçən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 7266 müraciət daxil olub, bunlardan 5820-si ilkin, 1446-sı təkrar olub. “Report”un xəbərinə görə, bu barədə baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.
Daxil olmuş 7266 müraciətin 5954-ü aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə 2100 müraciət üzrə qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilib, 449-ü Baş İdarədə, 833-ü isə prokurorluğun müvafiq struktur qurumlarında araşdırılıb.
2015-ci il ərzində “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 30 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.
Baş İdarədə 2614 vətəndaşın qəbul edilməsi təmin edilib ki, bunlardan 422-i Baş İdarə rəisi, 171-i Baş İdarənin idarə və şöbə rəisləri, 2021-i növbətçi prokurorlar tərəfindən qəbul edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/kecen-il-korrupsiyaya-qarsi-mubarize-bas-i-daresinin-reisi-422-vetendasi-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR