Bakı, 11 fevral, AzərTAc
Azərbaycan Dövlət İqtisad Universitetinin biznes inzibatçılığı fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) “Qaya” qrupunun məşhur “Ey həyat, sən nə qəribəsən” mahnısını danışıq və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün “işarə dili”ndə təqdim edib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından AzərTAc-a bildiriblər ki, 3 nömrəli internat məktəbinin dəstəyi ilə videoçarxın hazırlanmasında əsas məqsəd danışıq və eşitmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləməkdir.
TGT-nin əlliyə yaxın fəalının iştirakı ilə ərsəyə gəlmiş videoçarxı aşağıdakı keçiddən izləmək mümkündür: (https://www.youtube.com/watch?v=8ffrpqtjjRw)