Tapılan 21 yaşlı qızın evdən qaçma səbəbi məlum olub

Tapılan 21 yaşlı qızın evdən qaçma səbəbi məlum olub
13:56 15 Yanvar 2016
774 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda qardaşı tərəfindən öldürülüb kənd qəbiristanlığında basıdırıldığı iddia edilən Zülfiyyə Məhərrəmovanın evdən qaçma səbəbləri məlum olub.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, 21 yaşlı qız qardaşından qorxaraq belə bir addıma əl atıb.

Bildirilir ki, Zülfiyyə Məhərrəmova yoxa çıxmazdan əvvəl onun istintaqla şübhəli şəxs qismində saxlanan qardaşı Anar Səmədov evdən sevgi məktubu tapıb. Məktubdan əsəbləşən qardaş, bacısını döyüb və Züfliyyəyə bildirib ki, evə qayıdanda onu daha pis döyəcək.

Qardaşının onu döyəcəyindən və məktub məsələsinin ailəsi tərəfindən bilinəcəyini düşünən qız evdən qaçmağa qərar verib və qonşuluqdakı evlərdən birində gizlənib.

Həmin evdə 3 gün tək qalan qız, qonşulardan birinin onu görməsi nəticəsində tapılıb.

Bu günlər ərzində ac qalan Zülfiyyə Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hazırda həkim nəzarəti altındadır.


İtkin düşən Zülfiyyə Məhərrəmova

Onu da dəqiqləşdirə bildik ki, Zülfiyyə Məhərrəmova iki ildir ki, universitetə hazırlaşır. Ötən il universitetlərdən birinin ödənişli əsaslarla olan ixtisasına qəbul olub. Lakin ailənin maddi imkanı buna imkan vermədiyi üçün 21 yaşlı qız universitetə gedə bilməyib. Hazırda isə pulsuz təhsil ala biləcəyi ixtisasa qəbul olmaq üçün hazırlaşır.

Evdən aşkarlanan qan ləkəsinin isə kimə məxsus olduğu hələlik bilinmir.

Xatırladaq ki, yanvarın 13-də KİV-də Tovuz rayonunun Əyyublu kənd sakini, itkin düşən 21 yaşlı Zülfiyyə Məhərrəmovanın öldürülməsi barədə məlumat yayılıb.

Məlumata görə, Z.Məhərrəmovanın kiçik qardaşı Anar şübhəli şəxs qismində saxlanılaraq Tovuz rayon Polis şöbəsinə aparılıb. İlkin ifadəsində qardaşı bacısını öldürərək yaxınlıqdakı qəbiristanlıqda basdırdığını bildirib.

Hazırda qardaşın ifadəsi ilə əlaqədar istintaq tədbirləri davam etdirilir. Kənd sakinləri isə Anarın qətli tək törətmədiyini bildiriblər.

İtkin düşən qız bu gün səhər saatlarında tapılıb.


Evdə aşkarlanan qan ləkəsi


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369800

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR