Ağstafada 14 ton ot bağlaması külə çevrildi (FOTO)

Ağstafada 14 ton ot bağlaması külə çevrildi (FOTO)
15:43 15 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ağstafa rayonunun Pirili kəndində Elman İbrahimova məxsus həyətdə yanğın baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakininin mal-qara üçün yığdığı 14 ton ot yanaraq yararsız hala düşüb.

Alovu söndürmək mümkün olmadığından kəndə Ağstafa YMH-nin canlı qüvvəsi və avtomobilləri çağırılıb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində kənd sakininə məxsus 30 ton ot bağlamasının yarısından çoxunu söndürmək mümkün olub. Ətrafdakı tikililər, mal-qara yanğından zərər görməyib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2480974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR