Yaponlar tullantı materiallarından “Tokio-2020”i üçün medal hazırlamaq niyyətindədir

Yaponlar tullantı materiallarından “Tokio-2020”i üçün medal hazırlamaq niyyətindədir
18:28 15 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilatçıları yeniliyə imza atmaq fikrindədir.
AZƏRTAC “The Daily Telegraph” qəzetinə istinadla xəbər verir ki, təşkilatçılar mötəbər idman yarışı üçün medalları mobil telefon və kompyuter tullantılarından ibarət materiallardan hazırlamaq niyyətindədir. Bu halda, “Tokio-2020” Yay Olimpiya Oyunları mükafatçıları üçün qızıl, gümüş və bürünc medallar cəvahiratdan deyil, elektronika – xüsusilə mobil telefon və kompyuter tullantılarından ərsəyə gətiriləcək.
Məlumata görə, bu addım “İqtisadi sabitlik” proqramına dəstək olaraq atılacaq. Artıq sözügedən konsepsiya cari ayda yerli Təşkilat Komitəsi və Beynəlxalq Olimpiya Komitəsinə təsdiq üçün təqdim olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponlar_tullanti_materiallarindan_Tokio_2020i_uchun_medal_hazirlamaq_niyyetindedir-918882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR