​Afrikada otelə silahlı hücum olub, insanlar girov götürülüb

​Afrikada otelə silahlı hücum olub, insanlar girov götürülüb
03:02 16 Yanvar 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Qərbi Afrikada yerləşən Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində "Splendid" mehmanxanasına silahlı hücum olub.
"Report" BBC-yə istinadən xəbər verir ki, otel paytaxtın işgüzar dairəsində yerləşir.
Şahidlərin sözlərinə görə, yaraqlılar otel qarşısındakı maşınları yandırıblar, həmçinin hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə gəlincəyədək havaya atəş açıblar.
"Reuters"in məlumatına görə, mehmanxana qarşısında şiddətli atışma baş verib. Otelin beynəlxalq aeroport yaxınlığında yerləşdiyi bildirilir. Mənbələrdən daxil olan məlumata görə, otelə təqribən 3-4 yaraqlı hücum edib.
Terrorçuların oteldə insanları girov götürdüyü də məlumat verilir.


Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/afrikada-silahlilar-otele-hucum-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR