Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində silahlıların hotelə hücumu nəticəsində 20 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə paytaxt xəstəxanasının baş həkimi Rober Sanqare bildirib.
“Ölənlərin sayı barədə dəqiq məlumat yoxdur, lakin şahidlər azı 20 nəfərin öldüyünü bildirirlər. Xəstəxanamıza indiyədək 15-dən çox yaralı daxil olub”, deyə R.Sanqare qeyd edib.
Burkina-Fasonun xarici işlər naziri Alfa Barri insident zamanı ölənlərin olduğunu təsdiqləyib. Onun sözlərinə görə, ölənlərin və girov götürülənlərin vətəndaşlığı hələ müəyyən edilməyib.
Yanvarın 15-də naməlum silahlılar Burkina- Fasonun paytaxtındakı “Splendid” hotelinə hücum edib.
Hücuma görə məsuliyyəti “İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı” öz üzərinə götürüb.