Ötən il plastik əməliyyat etdirən müğənnilər - sorğu

Ötən il plastik əməliyyat etdirən müğənnilər -  sorğu
16:27 16 Yanvar 2016
233 Şou
Ölkə mətbuatı
A- A+

Sənət aləminin tanınmış simaları ötən il plastik əməliyyatları ilə də yadda qalıb.

Axşam.az-ın məlumatına görə, "Star life" verilişi plastik əməliyyat etdirən müğənnilər arasında sorğu aparıb. Həmin sorğunu təqdim edirik:

Müğənni Günel Ələkbərova 2014-cü ildə dodaqlarındakı silikonları çıxartdırmaq üçün əməliyyat masasına uzanıb. Ötən il isə ifaçı burnunda plastik əməliyyat etdirib.

Müğənni Xatun Əliyeva da burun əməliyyatı etdirib. O, gələcəkdə yenidən əməliyyat masasına oturacağını deyib:

"Əməliyyatdan sonra anam deyir ki, "Ölürsən özünü bıçaq altına salmaqdan ötrü". Sonra deyir ki, 2 il keçsin yenə etdir. Deyirlər, Xatun qabırğalarını çıxartdırıb. Yalandır... Ümumiyyətlə, Azərbaycanda heç kim bu əməliyyatı etdirməyib. Gələcəkdə də əməliyyatdar etdirəcəm. Yaşa dolduqca problemlər yaranır".

Müğənni Rahidə Baxışova da burnunda plastik əməliyyat etdirən tanınmışlardandır.

Burun əməliyyatı etdirən müğənni Ayan Babakişiyeva da kompleksindən xilas olduğunu bildirib:

"Yeni burun, yeni həyat başlayıb. Bu dərəcədə uğurlu əməliyyat gözləmirdim. Əvvəl çox kompleksim
var idi. İndi rahatam. Qızım ilk görəndə təəccübləndi. İndi də hərdən üzümə baxanda məni tanımır".

Müğənni Samir Cavadzadə də burnunda plastik əməliyyat etdirən məşhurlandandır.

Ötən il əməkdar artist Röya Ayxan da üçüncü dəfə burun əməliyyatı etdirib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44390

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR