Lənkəran sakininin evindən bir kiloqram qızıl oğurlanıb

Lənkəran sakininin evindən bir kiloqram qızıl oğurlanıb
17:09 16 Yanvar 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayon sakininin evindən bir kiloqram qızıl-zinət əşyaları oğurlanıb.

Lent.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Daşdalığjar kənd sakini Südabə Qənbərovaya məxsus mənzil qarət olunub.  

Zərərçəkən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edərək bildirib ki, onun fərdi yaşayı evi qarət edilib və bir kiloqram qızıl-zinət əşyaları oğurlanıb. Lənkəran polisinin əməliyyat qrupu hadisə yerinə baxış keçirib. 

Hadisənin təfərrüatları barədə açıqlama verilməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228977

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR