Bakı, 16 yanvar, AZƏRTAC
Avstriya sərhəddə ciddi nəzarət rejimi tətbiq edəcək, insanlar bir-bir yoxlanılacaq. Həmçinin sığınacaq hüququ olmayan mühacirlər ölkədən çıxarılacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu ölkə kansleri yerli KİV-ə müsahibəsində bəyan edib. Onun sözlərinə görə, Avstriya Şengen müqaviləsinin fəaliyyətini “müvəqqəti dayandırır”.