BMT-nin baş katibi Burkino-Fasoda törədilmiş terror aktını pisləyib
Paylaş
45 baxış·1 dəq oxu
Bakı. 17 yanvar. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun Burkino-Fasonun paytaxtı Uaqaduquda törədilmiş terror aktını pisləyib, həlak olanların ailələrinə başsağlığı verib. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, Baş katib Burkino-Faso hakimiyyətini cinayəti törədənləri tezliklə tapmağa və onları cəzalandırmağa çağırıb. Son məlumata görə, terror aktı nəticəsində həlak olanların sayı 29-a çatıb.