20 Yanvar faciəsi ilə bağlı inşa yazı müsabiqəsi keçirilib

20 Yanvar faciəsi ilə bağlı inşa yazı müsabiqəsi keçirilib
00:38 17 Yanvar 2016
60 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 18-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Gəncliyə Yardım Fondunda “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və gənclərin iştirakı ilə toplantı keçirəcək.
İdarədən AZƏRTAC-a bildiriblər ki, inşa müsabiqəsi Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib. Məqsəd 20 Yanvar faciəsi qurbanlarının yad edilməsi, gənc nəslin nümayəndələrində doğma Vətənə sevgi hissinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR