“O səs Türkiyə” müsabiqəsinin son buraxılışında Elnur hüseynov növbəti canlı ifasını səsləndirilib.

ANS PRESS-in məlumatına görə, “O səs Türkiyə” yarışmasındakı ilk çıxışı ilə səs-küy yaradan müğənni Elnur Hüseynov yarışmanın bu gecəki buraxılışında "Exogenesis" simfoniyasından bir parça ifa edib.
Həmyerlimiz möhtəşəm səhnə performansı ilə bir daha könülləri fəth edib.

Formata uyğun olaraq digər komandadan üç iştirakçı ilə – Mazhar-Özkan cütlüyünün və Hadisənin yarışmaçısı ilə səhnədə mübarizə aparan həmyerlimiz tamaşaçı səsverməsi nəticəsində üçlükdən birinci seçilib və final həftəsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Elnur Hüseynov “Eurovision 2008”də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.

Mənbə
ANS PRESS