“O səs Türkiyə” müsabiqəsinin son buraxılışında canlı ifalar səsləndirilib.

ANS PRESS-in məlumatına görə, “O səs Türkiyə” yarışmasındakı ilk çıxışı ilə səs-küy yaradan müğənni Elnur Hüseynov yarışmanın bu gecəki canlı efirində digər iştirakçı Anıl Şimşək və komanda rəhbəri Ebru Gündeşlə onun “Araftayım” mahnısını ifa ediblər.

Həmyerlimiz səhnədə mahnını sözlərini unudub. Lakin ümumi olaraq, çıxış alqışlarla qarşılanıb və hamı tərəfindən bəyənilib.

Qeyd edək ki, Elnur Hüseynov “Eurovision 2008”də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.

Mənbə
ANS PRESS