Bakı, 19 yanvar, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin ikinci kurs “SABAH” qruplarının tələbələri Vüsal Aydəmirov və Cavid Əzizov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Global Fest Peterburq 2016” beynəlxalq müsabiqəsində iştirak ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə 10 ölkədən iştirakçıların qatıldığı müsabiqədə “SABAH” qruplarının tələbələri üç müxtəlif nominasiya (fortepiano-duet, solo və ansambl) üzrə üçüncü yerə layiq görülüblər.
Xatırladaq ki, solo nominasiyası üzrə birinci yeri Rusiya, ikinci yeri Ukrayna, ansambl nominasiyası üzrə birinci yeri Rusiya, ikinci yeri Yaponiya, fortepiano-duet nominasiyası üzrə isə birinci yeri Rusiya, ikinci yeri Gürcüstan təmsilçiləri tutublar.