Kənd Təsərrüfatı naziri Heydər Əsədov Ağdaş rayonunda "Aqrolizinq" ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, görüş zamanı bildirilib ki, Ağdaş, Göyçay, Zərdab, İsmayıllı, Ucar və Yevlax rayonları üzrə 65 istifadəçiyə güzəştlər edilib. Ümumilikdə 1 milyon 853 min 598 manat dəyərində 117 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 682 min 925 manat məbləğində güzəşt tətbiq olunub.

Xüsusi Komissiyanın qərarına əsasən, güzəşt tətbiq edildikdən sonra 33 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilərək Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Eyni zamanda lizinq yolu ilə əldə edilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizənin verilməsi məqsədilə xidmət göstərilib.

Milli.Az