Bakı, 22 yanvar, Nihad Budaqov, AZƏRTAC
“Moody's Investor Service” beynəlxalq agentliyi neftdə təklifin artmağa davam etdiyini bildirərək “qara qızıl”ın qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.
AZƏRTAC xəbər verir ki, “Moody's” Qərbi Texas növü “Layt” markalı neftin 2016-cı il üzrə qiymət proqnozunu 7 dollar aşağı salaraq 33 dollar/barrel, “Brent” üzrə proqnozunu isə 10 dollar azaldaraq 33 dollar/barrel olacağını açıqlayıb.
Agentlik həm “Layt”, həm də “Brent” neftinin qiymətinin 2017-2018-ci illərdə ildə 5 dollar artacağını proqnozlaşdırıb.