Bakı, 23 yanvar, AZƏRTAC
Ümumtəhsil məktəblərinin VIII sinfində istifadədə olan “Azərbaycan tarixi” dərslik dəstinin elmi-metodik monitorinqi ilə bağlı seminar keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, seminarda dərslik dəsti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodik uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə olunub.
Seminar “Dərslik portalı”nda canlı yayımlanıb.
Növbəti seminarda dərslik dəstinin müzakirəsi davam etdiriləcək.