Bakıda valyuta tənzimi qaydasını pozan şəxslər cərimələnib.

Milli.Az DİN-in saytına istinadən bildirir ki, valyuta tənzimi qaydasını pozan Bakı şəhər sakinləri Mövsüm Eyvazov, Xəlil İmanov və Şahbaz Qurbanov Nəsimi rayon 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən barələrində İnzibatı Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.

Milli.Az