"Borussiya"nın hücumçusu Pyer-Emerik Obameyanqın növbəti yay PSJ klubuna transferi barədə xarici mətbuatda bir sıra xəbərlər ayılmışdı.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qabonlu oyunçu buna münasibət bildirərək yenidən Liqa 1-ə getmək fikrində olmadığını diqqətə çatdırıb:

"Ötən il, bəlkə də, mümkün idi. Amma indi Fransaya qayıtmaq istəmirəm. "Borussiya"da səviyyəli futbolçular olduğu bir halda hücumçu üçün rahatlıq çox olur. Mən, hələ də Liqa 1-i izləyirəm və "Saint-Etienne" klubuna azarkeşlik edirəm. Bu mövsüm Avropa Liqasında onlarla qarşılaşsaq, əla olardı. "Saint Etienne" azarkeşlərinə nə qədər inkişaf etdiyimi göstərərdim".

Obameyanq Afikada "İlin futbolçusu" seçildikdən sonra Yaya Turenin göstərdiyi kəskin reaksiyaya da münasibət bildirib:

"Mən Ayu ilə danışdım. Turenin yanaşmasını anlamadım. Eybi yoxdur. "Qızıl top" mövsüm ərzində göstərilən çıxışa görə verilir. Mənim təqvim ilim pis deyildi. Bu sözlər mənə toxundu, ayıbdır".

Milli.Az