Almaniya yığmasının Fransada keçiriləcək Avropa çempionatının final mərhələsi üçün ilkin heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Yoahim Löv heyətə 31 futbolçunun adını daxil edib.
Löv Dortmund "Borussiya"sından 5, "Bavariya"dan 4, "Bayer" və "Volfsburq"dan 3 futbolçunun adını ilkin siyahıya salıb. Heyətdə 11 legioner yer alıb. Onlardan 3-ü İspaniya və İngiltərədə, 2-si İtaliya və Fransada, 1-i isə Fransada çıxış edir.
Qapıçılar: Bern Leno (Bayer), Manuel Noyer (Bavariya), Ron-Robert Ziler (Hannover 96), Mark-Andre ter Ştegen (Barselona, İspaniya), Kevin Trapp (PSJ, Fransa).
Müdafiəçilər: Erik Durm, Mattias Ginter, Mats Hummels (üçü də “Borussiya”, Dortmund), Jerom Boatenq (Bavariya), Conas Ektor (Köln), Benedikt Hövedes (Şalke 04), Emre Can (Liverpul, İngiltərə), Şkodran Mustafi (Valensiya, İspaniya), Antonio Rudiger (Roma, İtaliya).
Yarımmüdafiəçilər: İlkay Gündoğan, Marko Roys (ikisi də "Borussiya", Dortmund), Kristof Kramer, Kərim Bellarabi (ikisi də "Bayer"), Mario Götze (Bavariya), Julian Draksler (Volfsburq), Sebastian Rudi (Hoffenhaym), Bastian Şvaynştayger (Mançester Yunayted, İngiltərə), Məsut Özil (Arsenal, İngiltərə), Toni Kroos (Real, İspaniya), Sami Kedira (Yuventus, İtaliya).
Hücumçular: Maks Kruz, Andre Şürrle (ikisi də "Volfsburq"), Tomas Müller (Bavariya), Kevin Volland (Hoffenhaym), Mario Qomes (Beşiktaş, Türkiyə), Lukas Podolski (Qalatasaray, Türkiyə).
Fanat.az