ABŞ Ford avtomobil istehsalı şirkəti Yaponiya və İndoneziyadakı fəaliyyətini dayandırır. ANS PRESS-in məlumatına görə, Ford Motor Co “ heç bir gəlir əldə etmədiyi üçün” iki ölkədəki fəaliyyətini dayandırmağı qərarar alıb. Şirkətin Asiya Sakit okean Rəhbəri Dave Schoch tərəfindən bütün işçilərə göndərilən məktubda Ford və Lincoln vasitələrinin idxalının dayandırılması və dillerlərin bağlanması haqqında tağşırıq yer alıb.

Ötən il Ford satışların aşağı düşməsi səbəbi ilə 700 işçisini ixtisar edib. Benzin qiymətlərinin aşağı düşməsinə görə, alıcılar az benzin sərf edən balaca və qibritli avtomobilləri almırlar.



Ford avtomobil şirkəti Miçiqanda yerləşir.

Ford ABŞ-ın ən iri avtomobil şirkətidir. Ford Motor Şirkəti 1903-cü ildə səhmlərin 25,5%-ə sahib olan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilib. Şirkətin vitse-prezident və baş mühəndis vəzifələrini də o icra edirdi.