Bakı, 27 yanvar, AZƏRTAC
Ölkə ərazisində qarlı-şaxtalı hava şəraiti hökm sürsə də, hazırda respublikanın avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev AZƏRTAC-a bildirib ki, ölkə ərazisində qarlı- şaxtalı hava şəraitinin hökm sürməsinə baxmayaraq, tam bağlanan yol yoxdur, nəqliyyatın hərəkəti təmin edilib: “Hazırda Mərəzədə, Qusarda və Ağsu dolaylarında yollar buzludur, Cəlilabad və Masallı rayonlarında qar yağır, lakin yollarda nəqliyyatın hərəkəti davam edir. Sürücü və piyadalar təhlükəli, qarlı və buzlu yollarda hərəkət edərkən maksimum diqqətli olmalıdırlar. Hazırda respublikanın avtomobil yollarında, o cümlədən paytaxtın küçə və prospektlərində nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub”.