Bərdədə vətəndaşların bank hesablarından pul oğurlayan şəxs saxlanılıb.

Milli.Az DİN-in saytına istinadən bildirir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da Səbirə Ələkbərovanın, Qaraş Alıyevin və Sevinc Xəlilovanın "Kapital bank"dakı hesablarından ümumilikdə 375 manat oğurlamış rayon sakini Kənan Hüseynov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az