Avropa Komissiyası “Mitsubishi” və “Hitachi” şirkətlərinin kartel razılşamasında iştirakını ifşa edərək, onları 138 milyon dollar cərimələyib.

ANS PRESS-in məlumatına görə “Mitsubishi Electric” (Melco) 111 milyon avro, “Hitachi” 27 milyon avro cərimə ödəyəcək. Cərimə edilən şirkətlər siyahısında Denso şirkəti də var.

Avropa Komissiyasından bildiriblər ki, yuxarıda adları çəkilən şirkətlər son 5 il ərzində avtomobil generatorlarını və başqa hissələrin qiymətlərinin müəyyən edilməsi barədə razılığa gələrək, müştəriləri bir-birlərinə ötürüblər.

Avropa Komisiyasının üzvü Marqarit Vestaqer komissiyanın avropalı istehlakçılarının kartel sövdələşməsindən zərər edib-etmədikləri araşdırdıqlarını bildirib.

Sunucu dəfə bu şirkətlər 2010-cu ildə kartel razılaşmasına görə ciddi şəkildə cərimələnib. DRAM yaddaşının mikrosxemlərini istehsal edən “Samsung Electronics”, “NEC Electronics”, “Hynix Semiconductor”, “Hitachi”, “Toshiba”, “Mitsubishi Electric” və “Nanya Technology” şirkətləri kartel razılaşmasında təqsirləndirilib.

Avropa Komisiyası nəhəng şirkətləri cəzalandırdı (FOTO)
“Mitsubishi" nin ofisi


Aİ aşkar edib ki, 1998-ci ildən 2002-ci ilədək şirkətlər DRAM mikrosxemlərinin qiymətlərini müəyyən ediblər. Razılaşmanın iştirakçıları tərəfindən ödənişlərin ümumi məbləği 331 mln. avro (411 mln. dollar) təşkil edib. Ən böyük cərimələr “Samsung”, “Hynix Semiconductor” şirkətlərinə təyin edilib - müvafiq olaraq 145,7, 56,7 və 51,5 mln. avro. “Hitachi” şirkəti 20,4 mln. avro, “Toshiba” 17,6 mln. avro, “Mitsubishi Electric” 16,6 mln. avro, “NEC” 10,3 mln. avro, “Nanya Technology” 1,8 mln. avro ödəməli olacaq.

“Elpida Memory”, “NEC” və “Hitachi” şirkətlərinə əlavə olaraq 8,5 mln. avro həcmində cərimə təyin edilib. Bundan başqa, “NEC” və “Hitachi” əlavə olaraq daha 2,2 mln. avro ödəməlidirlər.

Avropa Komisiyası nəhəng şirkətləri cəzalandırdı (FOTO)
“Hitachi” Ekskavatoru