Belə ki, universitet tələbəsi olan Keitra müğənni Teylor Sviftə çox bənzəyir.
Bənzərliyinə görə Aleks Boyenin "African Hipster" klipində çəkilən Ceyn müğənninin pərəstişkarlarından sərt, təhqir dolu ismarışlar aldığını bildirib. O, bu barədə "Seventeen" jurnalına açıqlama verərkən bildirib:
"Mənə ən çox təsir edən odur ki, sən Teylorun kök variantısan deyirlər. Bu da məni məyus edir".
Alex Boye - African Hipster
Dünyada bir çox məşhur ulduzların oxşarı var. Mardi Şeyklford xarici görünüşünə görə dünyada məşhur müğənni Mayli Sayrusa bənzəyir. Mardi “İnstaqram” hesabında Mayli Sayrus kimi açıq-saçıq və sevimli heyvanları ilə şəkil çəkdirərək paylaşır.

Mardi Şeyklford və Billi Sayrus
Mayli Sayrusun konsert zamanı atası Billi Sayrus hətta qızını səhv salıb. Mardi ifaçının atası ilə şəkil çəkərək sosial şəbəkədə paylaşıb və hər kəsin marağına səbəb olub.