A+
A–

Bakı, 29 yanvar, AZƏRTAC
Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubunun Çempionlar Liqası yarışlarının play-off mərhələsindəki rəqibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi İsveçrənin “Volero” komandası ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun fevralın 9-11-də Bakıda, cavab qarşılaşması isə fevralın 23-25-də Sürixdə təşkil olunacaq.
Qeyd edək ki, “Volero”nun heyətində Azərbaycan milli komandasının üzvü Nataliya Məmmədova çıxış edir.