A–
Gəncə, 31 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Gəncədəki Məhsəti Gəncəvi Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc rəssam-fotoqraf, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Ülviyyə Verdiyevanın “Fotokollaj” adlı ilk fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində 43 gənc fotoqraf və rəssamın Gəncə şəhərinin təsvirlərini özündə əks etdirən müxtəlif materiallar üzərində fərqli üslub və texnikada işlənmiş 35 əl işi nümayiş olunub.
Sərgi fevralın 1-dək davam edəcək.