A+
A–

Bakı, 1 fevral, AZƏRTAC
Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi “Muğanbank” ASC-nin Abşeron rayonundakı 1 filialı və regionlarda yerləşən 3 filialında həyata keçiriləcək.
Bu barədə “Muğanbank”dan AZƏRTAC-a verilən məlumatda bildirilir.
Qeyd edək ki, “Muğanbank” ASC Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün agent bank seçilib.