Püşkə əsasən, "Qalatasaray Akhisar"a, "Beşiktaş" "Konyaspor"a, "Fənərbağça" "Amedspor"a rəqib olub. "Başakşehir" isə "Çaykur Rizespor"la üz-üzə gələcək. Yarımfinalda ilk cütün qalibi sonuncusu, ikinci cütün qalibi isə üçüncüsü ilə qarşılaşacaq.
Hər iki mərhələnin oyunları ev və səfər prinsipi ilə keçiriləcək. 1/4 final qarşılaşmaları 9 - 11 fevralda və 1 - 3 martda olacaq. Yarımfinal oyunları isə 19 - 21 aprel və 10 - 12 mayda nəzərdə tutulub.