Bu barədə ANS PRESS-ə dərnəkdən məlumat veriblər. Məlumata görə, sədr müavini bu gün özünü yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilin pəncərəsindən atıb. Danışmanlı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Hələlik onun hansı səbəbdən intihar etdiyi barədə məlumat verilmir.
Mərhumun "Facebook" sosial şəbəkəsindəki profilinə ölümüylə bağlı çoxsaylı başsağlığı mesajları yazılıb.

Mərhumun "Facebook" sosial şəbəkəsi
Bir neçə gün əvvəl də Türkiyədə vəzifəli şəxs intihar edib. Yanvar ayının 23-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyev canına qəsd edib.
F.Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. Silahla dəfələrlə hədəflərə atəş açan diplomat son gülləsini öz başına vurub. O, yerindəcə keçinib. Küçükçəkməcə əmniyyət müdirliyi (polis idarəsi) intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb. Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.
Hadisədən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələyə münasibət bildirərkən Fəxrəddin Əliyevin XİN sistemində çalışmadığını söyləmişdi.

Fəxrəddin Əliyev- İntihar edən azərbaycanlı