Xəstəxanadan "Report"a bildirilib ki, Radil Mirzəyev döyülərək bədəninin müxtəlif nayihələrindən xəsarətlər alıb: "Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. İlkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. O, bədən və baş nahiyəsindən xəsarət alıb. Radil Mirzəyevin baş nahiyəsində iynə izi aşkarlanıb. Xəstə baş nahaiyəsinə həmin şəxslər tərəfindən iynə vasitəsi ilə naməlum maye vurlduğunu bildirir. Həmin mayenin hansı maddə olduğu aparılan ekspertizadan sonra məlum olacaq".
Zərərçəkən Radil Mirzəyev ona hücum edənlərin dörd nəfər maskalı şəxs olduğunu bildirib.
Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. Həmin şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
