IFPI-nin məlumatına görə, "25" valı və ötən ilin noyabrında işıq üzü görən "Hello" sinqlı digər musiqiçilərin işlərindən daha yaxşı satılıb və bir neçə dünya rekordu qırıb.
İkinci yerdə Adelin həmyerlisi, müəllif-ifaçı Ed Şiran qərarlaşıb. Üçüncü pilləni isə ötən il IFPI reytinqinə başçılıq etmiş amerikalı xanım müğənni Teylor Svift tutub.
Xatırladaq ki, yanvarda Adelin "Hello" mahnısı 88 gün milyard izlənmə ilə rekord qırmışdı.