"Azerspace-1" peykindən siqnalın verilməsi fevralın 8-də, saat 17:00-da bərpa olunacaq ki, bu da Azərbaycanın efir məkanında aparılan kompleks profilaktika ilə əlaqədardır.
Milli.Az bildirir ki, bunu Trend-ə "Azərkosmos" MMC-dən deyiblər.
Kompleks profilaktika ilə əlaqədar bəzi telekanal və radiostansiyaların yayımı müvəqqəti dayandırılıb. Kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətini yoxlamaq üçün nəzərdə tutulub.
Milli.Az