A–
Bakı, 8 fevral, AZƏRTAC
Salyan rayonunda həyata keçirilən “Azərbaycanın tarixi abidələri gənclərin gözü ilə” layihəsinin icrası uğurla başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihənin məqsədi tarixi abidələrimizin gənclər arasında təbliği və bu sahədə maarifləndirmə işinin aparılmasıdır.
Layihə rəhbəri, fəal gənc Elxan Şahmirzəyev iştirakçılara Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan torpaqlarımızda maddi mədəniyyət abidələrimizin dağıdılması ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanın işğal edilmiş əzəli torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonlarda dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 292, yerli əhəmiyyətli 330 tarixi abidə qalıb. Talan edilmiş bu tarixi və mədəni abidələr nəinki Azərbaycanın, eyni zamanda, dünya mədəniyyətinin nadir inciləri hesab olunur.
Sonda gənclərə tarixi abidələrimizlə bağlı maarifləndirici bukletlər paylanılıb.
