"Yuventus"un əfsanəvi qapıçısı Canluici Buffon vaxtilə "Real"ın onunla maraqlanması barədə xəbəri təkzib edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli qolkier heç zaman "kral klubu"ndan təklif almadığını qeyd edib.

"Florentino heç vaxt mənə zəng etməyib. Nə 2005-ci ildə, nə də bundan sonra. Mənim agentimlə də əlaqə saxlamayıb. Bu informasiyanın hardan və necə meydana gələsini bilmirəm. Amma həqiqəti əks etdirmədiyi aşkardır. Perezin mənimlə maraqlanması barədə bilmirəm. Lakin "Real" futbolçu istəyəndə düşünmədən gedib onu alır".

Buffon, "Real"ın keçmiş çərçivə qoruyucusu İker Kasilyasla birlikdə dünya futbolunun qapıçıları arasında uzun müddət hegemonluq ediblər.

Milli.Az