A–
Paris, 11 fevral, AZƏRTAC
Fransa mətbuatının verdiyi xəbərə görə, keçmiş xarici işlər naziri Loran Fabyusun COP 21-in sədri vəzifəsində qalması təsadüfi deyil. Belə ki, keçmiş xarici işlər naziri qlobal istiləşməyə qarşı mübarizə sahəsində apardığı fəaliyyətinə görə 2016-cı ilin payızında Nobel Sülh mükafatına sahib olmaq istəyir.
Nobel mükafatı dövlət xadiminin karyerasında beynəlxalq səviyyəli müvəffəqiyyət kimi qiymətləndiriləcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris