Bakı - London yolu açıldı

Bakı - London yolu açıldı
12:36 31 Dekabr 2014
127 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşa olunmuş Axalkalaki–Kartsaxi (Türkiyə sərhədi) sahəsində xəttə buraxılan ilk sınaq qatarının hərəkəti uğurlu başa çatıb.

Nəqliyyat Nazirliyindən AzərTAc-a bildiriblər ki, bu münasibətlə keçirilmiş tədbirdə “Marabda-Kartsaxi dəmir yolu” MMC-nin rəhbərliyi, tikintini həyata keçirən “Azəryolservis” ASC-nin, həmçinin digər şirkət və təşkilatların nümayəndələri iştirak ediblər.

Bildirilib ki, sınaq uğurla keçirilib və qatar sərhəd stansiyasına vaxtında çatıb. Artıq bu sahədə yol istismara hazır vəziyyətdədir və hərəkət üçün lazımi şərait yaradılıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dərmir yolu xəttinin tam başa çatdırılması 2015-ci ilin sonuna nəzərdə tutulur.

Xəttin tam başa çatmasından sonra Bakıdan Londona qədər dəmir yolu əlaqəsi təmin etmək mümkün olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=317304

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR