Azərbaycanın premium kinoteatrı "CinemaPlus" Müqəddəs Valentin Günü ərəfəsində "Tək olmağın qaydaları" adlı yeni komediyanın nümayişinə başlayıb.
Filmin rejissoru Kristian Ditterdir. Baş rolları Dakota Conson, Rebel Uilson, Elison Bri və Lesli Mann oynayıblar.
Nyu-York planetin ən romantik şəhərlərindən biridir. Tək olub və tənhalıq ilə kifayətlənmək olar və ya küçələrdə öz sevgini axtarmaq. Nyu-Yorkda tənha ürəklər çox olur, hansılar ki, bir gecəlik, romantik həftəsonu və ya hətta ciddi münasibət üçün tanış olmaq istəyirlər. Elis, Robin, Lyusi, Meq, Tom, Devid - bunların hamısını bir səy birləşdirir: daim dəyişən, sevgi anlayışının əhvaldan və istəkdən asılı olduğu dünyada necə yaşamaq. Şən vaxt keçirmək üçün heç vaxt yatmayan şəhərdə yatmaq olmaz.
"CinemaPlus" kinoteatrı hər zaman sizə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
"CinemaPlus" Azadlıq prospekti 45 ünvanında, 28 Mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema" adını dəyişib. Kinoteatrın yeni adı - "CinemaPlus"dır.
http://cinemaplus.az/ru/news/azrbaycann-premium-kinoteatr-28-cinemann-ad-dyidir/