Sosial şəbəkədə Ukrayna daxili işlər naziri Aleksandr Avakovun oğlu ilə bağlı korrupsiya fırıldağı olan video material yayılıb.

ANS PRESS-in məlumatına görə, gizli kamera ilə çəkilən görüntülər ölkədə böyük səs-küyə səbəb olub.

Kadrlarda Aleksandr Avakovun DİN-nin keçmiş müavini Serqey Çebotarla nazirlik bölmələri üçün çantaların çatdırılması haqqında razılaşma aparır. Korrupsiya fırıldağı olan razılaşma barədə artıq araşdırmalar başlanıb.

Erməni nazir oğlunun korrupsiya videosu yayıldı (VİDEO, FOTO)
Serqey Çebotar

Bildirilir ki, Çebotarın kabinetində gizli çəkilişləri nazirlikdə korrupsiyanın araşdırılması çərçivəsində hərbi prokurorluğun sorğusu üzrə Ukrayna təhlükəsizlik xidməti edib. Əgər videonun doğruluğu sübut olunsa Avakov və Çebotara qarşı dövlət satınalmaları sahəsində fırıldaqçılıq maddəsi ilə ittiham irəli sürüləcək.



Qeyd edək ki, keçən ilin son ayında Odessa qubernatoru Mixail Saakaşvilinin Ukraynanın erməni mənşəli daxili işlər naziri Arsen Avakovla arasında münaqişə yaranmışdı. Milli islahatlar şurasının iclası zamanı baş verən olay zamanı nazir qubernatorun üzünə su atmışdı. Ukrayna prezidenti Pyotr Poroşenko münaqişədə Saakaşvilini müdafiə edərək baş verən hadisəni "biabırçı hərəkət" adlandırıb.

Erməni nazir oğlunun korrupsiya videosu yayıldı (VİDEO, FOTO)

Həmçinin Saakaşvili bildirib ki, Ukraynanın baş naziri Arseniy Yasenyukla birlikdə Avakov ondan ölkəni tərk etməyi tələb ediblər. Saakaşvilinin sözlərinə görə, Nazirlər Kabinetinin başçısı onu "qastrolçu" adlandırıb.


Ukrayna