A–
Bakı, 15 fevral, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, turun son qarşılaşmasında Pemyer Liqanın debütantı “Zirə” doğma meydanda çempionatın autsayderi “Rəvan” komandasını qəbul edəcək. Hər iki klub üç xal qazanmaq niyyətindədir. Adil Şükürovun yetirmələri lider “Qarabağ”la xal fərqini azaltmaq, “Rəvan” isə sonuncu olmaqdan yaxa qurtarmaq üçün mübarizə aparacaq.