Kütləvi İnformasiya Vasitələrində Zığ qəsəbəsi sakinlərinin "Baku Bus" MMC-də işlə təmin olunmalarına müəyyən qadağalar qoyulması ilə bağlı fikirlərə qurumdan cavab verilib.

Lent.az-ın məlumatına görə, “Baku Bus”ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyorava bunun həqiqətə uyğun olmadığını deyib: “Təkcə Zığ qəsəbəsi və şirkətin yerləşdiyi ünvana yaxın qəsəbələrdən şirkətimizdə əməyə cəlb olunan sakinlərin sayı 105 nəfərdir. Elə mənim özüm də Zığ qəsəbəsinin sakiniyəm”.