A+
A

Bakı, 15 fevral, AZƏRTAC
“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində (FHN) yaradılmış Apelyasiya Şurasının fevralın 15-də ilk iclası keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda təşkilati məsələlər, Apelyasiya Şurasının və onun Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə olunub.