Hücumçu axtarışında olan "Mançester Yunayted" PSJ-yə üz tutub. Fanat.az xəbər verir ki, "qırmızı-şeytanlar" Paris klubundan Edinson Kavanini heyətinə qatmaq istəyir.
İddiaya görə, "Mançester Yunayted" uruqvaylı forvard üçün qarşı tərəfə milyon funt-sterlinq (təxminən 102 milyon 685 milyon manat) təklif etməyə hazırlaşır.
Qeyd edək ki, əvvəllər Uruqvayın "Danubio", İtaliyanın "Palermo" və "Napoli" klublarının formasını geyinmiş Kavani 2013-cü ildə "Napoli"dən PSJ-yə 64,5 milyon avroya (bugünkü məzənnə ilə 113 milyon 719 min manat) transfer olunub.
Onu da qeyd edək ki, Kavani vaxtı ilə "İnter" və "Neftçi"də oynamış, Azərbaycan çempionatının bombardiri olmuş Valter Quqlemonun qardaşıdı.
Fanat.az