A+
A

Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsində qalib olan “Voleybol – bizimlə sağlam ol” layihəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi voleybol qaydaları barədə Azərbaycan dilində ədəbiyyatın təkmilləşdirilməsi, Biləsuvarda voleybolçuların və yerli hakimlərin qaydalar barədə ətraflı məlumatlandırılması və rayonda bu idman növünün geniş təbliği idi.
Layihənin son mərhələsində keçirilən voleybol üzrə Biləsuvar rayon məktəblərarası birinciliyində, 4-ü şəhər və 4-ü kənd məktəbi olmaqla, ümumilikdə, 8 komanda iştirak edib.
Biləsuvar rayon Gənclər və İdman İdarəsi və Biləsuvar rayon Təhsil Şöbəsi layihənin həyata keçirilməsini dəstəkləyiblər.
azertag.az: “Voleybol – bizimlə sağlam ol” layihəsi yekunlaşıb
“Voleybol – bizimlə sağlam ol” layihəsi yekunlaşıb
“Voleybol – bizimlə sağlam ol” layihəsi yekunlaşıb
“Voleybol – bizimlə sağlam ol” layihəsi yekunlaşıb