Hesabata əsasən, hesabat ayında ixrac əməliyyatlarının həcmi illik müqayisədə 48,57% azalaraq 657 076,21 min dollar, idxal isə 22,95% azalaraq 442 808,17 min dollar təşkil edib.
Beləliklə, xarici ticarət əməliyyatlarında 214 268,04 min dollarlıq müsbət saldo yaranıb. Bu da öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə azalma deməkdir.
Qeyd edək ki, yanvar ayında ölkəyə 3 299 çeşiddə mal idxal olunub. Bu müddətdə ixrac məhsullarının çeşidi isə cəmi 543 ədəd olub.