AXP sədri Pənah Hüseynlə müxalifət-iqtidar dialoqa barədə danışacağıq.
- Pənah bəy, axşamınız xeyir. Əvvəlcə elə bu formatı aydınlaşdıraq. Sizcə buna dialoq demək olarmı?
- Bu istənilən halda dialoqdur. Orada iştirak edən siyasi partiyalar, Prezident Administrasiyasın ictimai-siyasi şöbəsinin müdiri belə razılaşdırıb. Mətbuata təqdim olundu ki, bu Prezident Administrasiyası ilə Azərbaycanda fəal siyasi fəaliyyət göstərən siyasi partiyaların dialoqudur, görüşüdür. Amma eyni zamanda jurnalistlər, ekspertlər, ayrı-ayrı siyasətçilər bunu iqtidar-müxalifət dialoqu kimi təqdim edirlər. Burada da elə böyük bir yanlışlıq yoxdur. Çünki orada iştirak edən siyasi partiyaların mütləq əksəriyyəti, hamısı ya müxalifətdədir və yaxud da özlərini müxalifətdə olduğunu bəyan edirlər. O baxımdan da burada bir yanlışlıq yoxdur. Hesab edirəm ki, əsas məsələ bunun iqtidar-müxalifət dialoqu olub-olmamasından da artıq onun məzmunudur.
- Mən Pənah bəyi Azərbaycan müxalifətinin nümayəndələrindən və daha dəqiqi desək liderlərindən biri hesab edirəm. Pənah Hüseyn də özünü belə hesab edir?
- Bu barədə məndə hər halda bir şübhə yoxdur.
- Pənah bəy, bayaq da mən öz şərhimdə bunu dedim. Bu dialoqda mənə ləzzət edən xüsusi olaraq nə oldu? Azərbaycan dili, Azərbaycan dili ilə danışırdı. Vasitəçi dil yox idi. Kənar, beynəlxalq qüvvələr yox idi. Yəni hakimiyyət və müxalifət nümayəndələrinin bir-biri ilə danışması da, diloqun da?
- Məhz bu tədbirin özəlliyi də bu idi. İlk dəfə idi ki, son 15 ildə beynəlxalq təşkilatların vasitəçiliyi olmadan, Prezident Administrasiyasının təşəbbüsü ilə belə bir tədbir olmuşdu. Tədbirdə səhv etmirəmsə 15 siyasi partiya iştirak edirdi. Üzrlü səbəbdən Sabir müəllim iştirak etmirdi. Bizə deyilənə görə, Ədalət Partiyası dəvət olunub. Müsavat Partiyası da dəvət olunmuşdu, hazırda onların mövqeyi bu məslədə məlumdur. Yeganə məlum olan isə o oldu ki, dəvət olunmayan Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Bunula bağlı partiyanın yetkilərinin mətbuata verdikləri açıqlamaların oxudum. Bununla bağlı məsələ qaldırıldı və razılaşdırıldı ki, növbəti tədbirə Azərbaycanda fəaliyyət göstərən və özünü müxalifətdə olduğu bəyan edən, eləcə də ictimai rəy tərəfindən də bu cür qəbul edilən bütün siyasi partiyalar dəvət olunsun.
Müsahibənin davamını aşağıdakı videoda izləyə bilərsiniz.
Mənbə
HESABAT: Mir Şahin