Terrorçu PKK-nın Suriyadakı qolları PYD və YPG-yə qatılan qərbli terrorçular Türkiyənin rəsmi qurumlarına hücum edilməsi haqda verdikləri tapşırıqların videosu yayılıb.
Report Türkiyənin "haber7" saytına istinadən xəbər verir ki, 4 ayrı dildə hazırladıqları video ilə qərbli terrorçular Avropada yaşayan kürdləri Türkiyəyə qarşı fəaliyyətə başlamağa çağırır.
Məlumata görə, kürdlərin hüquqlarını müdafiə etdiyini iddia edən terrorçu PKK qruplaşmasında yaxın zamanlarda kürdlərin sayı kəskin şəkildə azalacaq, başqa etnik qrup və dinin nümayəndələrinin sayı çoxlacaq.
Videoda qərbli terrorçular və YPG silahlıları Avropada yaşayan kürdlərə "Türkiyəyə qarşı savaşın" çağırışını ediblər.
Milli.Az